adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyul 2018 15:08
8087
MƏMLƏKƏT
A- A+

Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub

Azərbaycanın bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub.

Bu barədə Adalet.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.