Prezident Mingəçevirdəki qəza ilə bağlı komissiya yaratdı
Prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini komissiyanın sədri təyin edilib. Həmçinin energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.
Sərəncamda Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.
Bundan başqa, Sərəncama əsasən Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32