ANA SƏHİFƏ / DÜNYA

ABŞ-ın qorxunc oyunu: PKK muzdlu ordu olur

6026    |   2018-07-03 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-la Rusiya arasında aparılan son danışıqlarda YPG-PKK-nın Əsəd rejiminin muzdlu əsgərləri olması məsələsi gündəmə gətirilib.

Adalet.az xəbər verir ki, Suriyanın "Vətən” qəzeti PKK-PYD liderlərinin Dəməşqdə bu istiqamətdə danışıqlar apardığını təsdiqləyib.

Danışıqlarda Fəratın şərqində qruplaşmanın nəzarət etdiyi bölgələrə rejim bayraqlarının asılması, əsgərlik şöbələrinin fəaliyyətə başlaması, icra orqanlarında çalışanların Dəməşqdən təyin edilməsi və siyasi-hərbi üstünlüklər verilərək PKK-PYD-nin Dəməşqə tabe olması məsələləri müzakirə edilib.

Neft naziri kürdlərdən təyin olunacaq

İraqda 2005-ci ildən sonra peşmərgə qüvvələrinin qazandığı Bağdada tabe regional qüvvə statusu Suriyanın şərqində YPG-PKK-ya veriləcək. Qruplaşma üzvlərinin maaşlarını rəsmi Dəməşq ödəyəcək, PKK-PYD cərgələrində döyüşənlər hərbi xidmət keçmiş sayılacaq.

Tərəflərin razılığına əsasən, qruplaşmanın nəzarət etdiyi bölgələrdə təhsil kürd və ərəb dillərində aparılacaq. PKK-PYD ilə Dəməşq arasında aparılan danışıqlarda Suriyanın neft nazirinin PKK-çı bir şəxs olması və ABŞ-ın bölgədə hərbi varlığını qoruması maddələri də yer alıb. Şərqdə PKK-PYD nəzarətində bölgələrdə isə neft çıxarılması və axtarış hüququ qərb şirkətlərində olacaq.

Rejim mənbələri təsdiqlədi

"Zeytun budağı”əməliyyatı boyu PKK-ya açıq şəkildə dəstək verən Əsəd rejiminin Afrin sonrası davam etdirdiyi görüşləri rejim mənbələri təsdiqləyib. Suriyanın qara qutusu hesab olunan Əsədin qohumu Rami Mahlufun idarə etdiyi "Vətən”qəzeti tərəflər arasında razılıq əldə olunan məsələləri işıqlandırıb. Nəşr danışıqlarda vacib razılıqların əldə olunduğunu və Tramp-Putin zirvəsinin PKK-Əsəd ittifaqının yaradılmasında həyati önəm daşıdığını yazıb.

Əsas hədəf Türkiyəni dayandırmaqdır

ABŞ-ın başqa Rimeylan olmaqla hərbi varlığını qorumaq şərti qoyduğu birləşmə layihəsi Türkiyənin xüsusən Menbiç və Tel Abyatda terror işğallarına son verilməsi istiqamətində açıqlama və qərarlı addımlarının qarşısını almaq üçün hazırlanıb.

Suriya Müxalif və İnqilabi Qüvvələr Koalisiyası üzvü Yasir Zakri ata Əsədin dövründə başladılan terrora himayəçilik missiyasının oğul Əsəd dönəmində də davam etdiyini bildirib. Rusiya və ABŞ-ın başda enerji mübadiləsi olmaqla İsrailin təhlükəsizliyini təmin edən məsələlərdə anlaşdığını bildirən Zakri Tel Abyat, Menbiç və Rakkada terror liderlərinin posterləri və PKK simvollarının endirildiyi yaxın dövrdə Əsəd posterlərinin asılmağa başlanılacağını qeyd edib.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK