Bakının bəzi yerlərində suyun verilişi bərpa olunub
"Bakı və Sumqayıt şəhərlərinin bəzi ərazilərinə suyun verilişi bərpa olunub”.
Bu barədə AzVision.az-a açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Qurum rəsmisi bildirib ki, artıq Bakının şərq hissəsində 41, 88, 105 Alatava su anbarlarında, həmçinin Maştağa su anbarından suyun verilişi bərpa olunub.
"Həmçinin Sumqayıt şəhərində də əhaliyə su verilir. 1-2 saata tam rejimə düşəcək və əhali 100 faizli su ilə təmin olunacaq. Bundan əlavə, artıq Oğuz-Qəbələ su kəmərində də elektrik enerjisinin verilişi bərpa olunub”.
Qeyd edək ki, Mingəçevr İES-də baş vermiş qəza nəticəsində elektrik enerjisindən qidalanan qovşaqlardan suyun verilməsi dayandırılmışdı. Nəticədə Bakı, Sumqayıt ərazilərində su problemi yaşanmışdı.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32