ANA SƏHİFƏ / İQTİSADİYYAT

Qeyri-neft sektoru üzrə ixrac 20 faiz artıb

4788    |   2018-07-03 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışı təqdim olunub.

Mrəkəzdən Adalet.az-a verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon ABŞ dolları və ya 20 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində Rusiyaya 223,2 milyon, Türkiyəyə 154,3 milyon, Gürcüstana 69,9 milyon, İsveçrəyə 56,5 milyon və Çinə 19,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul isə 96,8 milyon ABŞ dollarlıq dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb. Həmçinin cari ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında ikinci yeri elektrik enerjisi (53,3 milyon ABŞ dolları) və üçüncü yeri qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 48,4 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 5 ayında elektrik enerjisinin ixracı 3,2 dəfə, meyvə-tərəvəzin ixracı 23,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,4 faiz, pambıq ipliyi ixracı 15 faiz, kimya sənayesi məhsullarının ixracı 11,4 faiz artıb.

Cari ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 182 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (87,8 milyon ABŞ dolları),Türkiyə (27,1 milyon ABŞ dolları), İsveçrə (16,9 milyon ABŞdolları), Gürcüstan (13,5 milyon ABŞ dolları) və Niderland (6,3 milyon ABŞ dolları) qərarlaşıb.

2018-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (54,3 milyon ABŞ dolları), kartof (16,3 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,1 milyon ABŞ dolları) isə üçüncü olub. Tomat ixracını aylar üzrə təhlil etdikdə isə aydın olar ki, bu ilin may ayında ixracatçılarımız bu sahədə rekorda nail olublar.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK