adalet.az header logo
  • Bakı 17°C
03 Iyul 2018 11:48
9332
İDMAN
A- A+

"Neftçi"dən böyükhesablı qələbə

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Roberto Bardinin komandası Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşıb. Matç "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Rəhman Hacıyevin dubl (biri penaltidən) etdiyi oyunda hərəyə bir dəfə Baqali Dabo və Namiq Ələsgərov fərqlənib.

"Neftçi” - "Çelik” (Bosniya və Herseqovina) - 4:1

Qeyd edək ki, "Nefçi" ilk iki yoxlama oyununda "Şkupi” (Makedoniya) və "Dunarea Kalarasi” (Rumıniya) üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Xatırladaq ki, "Çelik" bundan əvvəl yoxlama oyununda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlmişdi.