adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyul 2018 11:43
6989
MƏMLƏKƏT
A- A+

Gömrük-keçid məntəqələrində sıxlıq yaranıb

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, artıq həmin problem aradan qaldırılıb.

"Həmin problemin aradan qaldırılması müddəti ərzində sərhəd-keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Artıq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb. Sərhəd-keçid məntəqələrində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub", - deyə məlumatda qeyd edilib.