adalet.az header logo
  • Bakı 19°C
03 Iyul 2018 11:33
22049
ƏDƏBİYYAT
A- A+

Hər gün özünü doğmaqdı edam səhnələrində...

Adalet.az şair Emil Rasimoğlunun yeni şeirini təqdim edir.




Bir güzgü yanır üzü balıqlara sarı...
dənizdə boğulan kim varsa əl uzadır səhra rəsmlərinə.
Göz dəyir pianinodakı barmaqlara azan səsində...
Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,
yarıyuxulu siqaret qucağıdı...

Baxdım quşların qanadına
Bütün müharibələrdə göy üzü sağ qalıb.
...axı günəş üçün nə fərqi hansı fəsildi
Hansı ağaclara vurulur hansı yuvalar,
hansı yağışlar qarıyır hansı küçələrdə,
hansı günahlar böyüyür maestronun qollarında...

Uzaqda bir kişi tabutundan hər gün özünə yüyürməkdisə qadın,
həm də
hər gün özünü doğmaqdı edam səhnələrində.
Hər adamın alnından bir divar uçar unutduğu birisinin ömrünə...
...Sevgi- payızın ayaqlarını qucaqlayan yarpaqlarmış, dostum !
Ört qapını, gözləri böyüyür şəkillərin
Boş otaqlar qadın məzarıdısa
ən gözəl Vətən pəncərələrin arxasıdı...