Hər gün özünü doğmaqdı edam səhnələrində...
Adalet.az şair Emil Rasimoğlunun yeni şeirini təqdim edir.
Bir güzgü yanır üzü balıqlara sarı...
və
dənizdə boğulan kim varsa əl uzadır səhra rəsmlərinə.
Göz dəyir pianinodakı barmaqlara azan səsində...
Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,
yarıyuxulu siqaret qucağıdı...
Baxdım quşların qanadına
Bütün müharibələrdə göy üzü sağ qalıb.
...axı günəş üçün nə fərqi hansı fəsildi
Hansı ağaclara vurulur hansı yuvalar,
hansı yağışlar qarıyır hansı küçələrdə,
hansı günahlar böyüyür maestronun qollarında...
Uzaqda bir kişi tabutundan hər gün özünə yüyürməkdisə qadın,
həm də
hər gün özünü doğmaqdı edam səhnələrində.
Hər adamın alnından bir divar uçar unutduğu birisinin ömrünə...
...Sevgi- payızın ayaqlarını qucaqlayan yarpaqlarmış, dostum !
Ört qapını, gözləri böyüyür şəkillərin
Boş otaqlar qadın məzarıdısa
ən gözəl Vətən pəncərələrin arxasıdı...
Digər Xəbərlər
25 Aprel 2024 13:22
Əsrin poeziyası, yaxud həyatın poetik fəlsəfəsi
24 Aprel 2024 10:45İlber Ortaylının halı pisləşdi, təyyarə gecikdi
22 Aprel 2024 19:09Komitə sədri Baş redaktoru təbrik edib
22 Aprel 2024 19:01Dünya Qarabağlı: Qəlbi kövrək müəllim
22 Aprel 2024 17:41