adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2018 11:08
14912
MƏMLƏKƏT
A- A+

Saat 12:00-dək enerji verilişi tam bərpa olunacaq

Bu gün saat 12:00-dək enerji sisteminin işinin tam bərpa olunması nəzərdə tutulur.

"Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, hazırda Bakı üzrə elektrik enerjisinin bərpa vəziyyəti 100 faiz, regionlar üzrə isə 80 faizdir. Saat 12:00-dək sistemin işinin tam bərpa olunması nəzərdə tutulur. Nəticədə regionların enerji təminatı 100 faizə çatacaq.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.