adalet.az header logo
  • Bakı 20°C
03 Iyul 2018 10:48
9540
İDMAN
A- A+

DÇ-2018-də 1/8 finala yekun vurulur

Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, keçirilicək iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşəcək.

İlk olaraq meydana mundialın sürpriz komandaları İsveç və İsveçrə çıxacaq. F qrupunda Meksika, Almaniya və Cənubi Koreya ilə mübarizə aparan İsveç lider kimi bu mərhələyə vəsiqə qazanıb.

İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda yarışıb və 2-ci yerin sahibi kimi pley-offa yüksəlib.

Günün digər oyununda İngiltərə Kolumbiya ilə qarşılaşacaq. G qrupunda Belçika, Tunis və Panama ilə mübarizə aparmış ingilislər 2 qələbə və 1 məğlubiyyətlə qrup 2-cisi olub.

Kolumbiya isə H qrupunda Yaponiya, Seneqal və Polşa ilə pley-off uğrunda yarışıb. Cənubi amerikalılar 2 qələbə və 1 məğlubiyyətlə qrup lideri oolub.

DÇ-2018

1/8 final

3 iyul

18:00. İsveç - İsveçrə
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. Kolumbiya - İngiltərə
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.



30 iyun

Uruqvay- Portuqaliya - 2:1

Fransa- Argentina - 4:3

1 iyul

İspaniya -Rusiya- 1:1 pen-2:4

Xorvatiya- Danimarka - 1:1 pen-3:2

2 iyul

Belçika- Yaponiya - 3:2

Braziliya- Meksika - 2:0