adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyul 2018 10:30
5012
MƏMLƏKƏT
A- A+

İran vətəndaşının daxili orqanından narkotik çıxdı

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük komitəsindən Adalet.az-a verilən məlumata görə, yoxlama nəticəsində, saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) 5 ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib.