adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Iyul 2018 10:24
16094
KRİMİNAL
A- A+

İsmayıllıda 3 uşaq anası qətlə yetirilib

İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)