Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | “PFL-in nailiyyətləri bəzi insanların xoşuna gəlmir” - Ramin Musayev Adalet.az | “PFL-in nailiyyətləri bəzi insanların xoşuna gəlmir” - Ramin Musayev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“PFL-in nailiyyətləri bəzi insanların xoşuna gəlmir” - Ramin Musayev

5076    |   2018-07-02 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev müsahibə verib.

Adalet.az apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Bu gün PFL-in 10 ili tamam olur. Bu münasibətlə sizi təbrik edirik. 10 illik fəaliyyətinizi necə dəyərləndirərdiniz?

- Təşəkkür edirəm. Bu gün sizin də bayramınızdı, bu münasibətlə təbrik edirəm. Mənim üçün üçqat bayramdı. Həm Azərbaycan Polisi Günü, həm PFL-in yaranma günü, həm də özümə yaxın dost bildiyim idman jurnalistlərinin günüdü.

O ki qaldı fəaliyyətimizə, uzun-uzadı danışmaq özündənrazılıq hesab oluna bilər. Amma reytinq cədvəlindəki irəliləyiş göz qabağındadı. Peşəkar Futbol Liqası AFFA prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə yaradılmış bir idarədi. Bu qurum məhz onun futbola olan diqqəti nəticəsində yaradıldı. İlk dəfə də mənə həvalə olundu. AFFA prezidentinə söz verdim ki, burda olduğum müddətdə keçirdiyim çempionatın ədalətli olmasına çalışacam. Şükürlər olsun ki, verdiyim sözün üstündə dura bilirəm. Bəlkə də, bunu deməli deyiləm, ancaq söyləyənlər də çox azdı. Bizim nailiyyətlərimiz bəzi insanların xoşuna gəlmir. Yəqin ki, bu, paxıllıq əlamətidi. Bura bizim şəxsi qurumumuz deyil, hər şey Azərbaycan futbolu naminədi. Heç bir diqqətsizlik bizi ruhdan salmır. Növbəti seçkilərə qədər öz bacarığımızı ortaya qoymalıyıq. Gördüyümüz işlər, xüsusən də, reytinq cədvəlində özünü doğrultdu. Çalışacağıq ki, həmin səviyyəni daha da artıraq.

- Çempionatımız PFL-in təşkilatçılığı ilə keçirildikdən sonra UEFA reytinqində yüksəliş yarandı, klublarımız avrokubokların qrup mərhələlərində iştirak etdi. Bütün bunlarda sizin əməyiniz nə qədərdi?

- İlk dəfə "Neftçi" avrokuboklarda qrup mərhələsində vəsiqə qazandı. Ardından "Qarabağ" bunu təkrarladı, "Qəbələ" rekorda imza atdı. Bütün bunlar bizim keçirdiyimiz çempionatın vaxtına düşüb. Deyə bilərlər ki, bunda PFL-in əziyyəti yoxdu. Mən də sual verirəm ki, əgər PFL-in əziyyəti yoxdusa, bizdən əvvəl bunlar niyə olmurdu? Klublarımız bir mərhələ keçəndə hamımız bayram edirdik, ikinci mərhələni keçəndə isə deyirdik ki, rekorda imza atdıq. Ancaq indi pley-off mərhələsini uğur saymırıq, düşünürük ki, bu da azdı. Ən vacibi odu ki, bizim dönəmimizdə Çempionlar Liqasının himni Azərbaycan stadionunda səsləndi. Bu, böyük hadisədi. Bundan sonra da çempionatımızın ədalətli keçirilməsinə və yaddaqalan yeniliklər ortaya çıxarmağa xüsusi önəm verəcəyik.

- PFL-siz çempionatla PFL-li çempionatı necə müqayisə edə bilərsiniz?

- PFL yaradıldıqdan sonra SSRİ dönəmində olan əvəzedicilərin çempionatını bərpa etdik. Bəzən klublarımızdan narazılıq olur ki, əvəzedici heyət nəyə lazımdı? Amma heç nə yaddan çıxmır. Əvəzedicilərin çempionatının yaradılması bizə nə verdi? Kifayət qədər gənc futbolçular üzə çıxdı. Bu gün Azərbaycan millisində çıxış edən futbolçuların 60-70%-i əvəzedicilərdən çıxıb və bu səviyyəyə yüksəlib. Əgər əvəzedici heyət olmasaydı, Premyer Liqada zədələnən futbolçu bərpa dövründən sonranı, həmçinin cəzalı duruma düşən oyunçu həmin dönəmi boş keçirəcəkdi. Futbolçu oynamasa, "artıra" bilməz. Əvəzedici heyət Premyer Liqada çalışan məşqçilərə kömək üçün yaradıldı. Bu da özünü doğrultdu.

- 10 il ərzində ən böyük qazancınız nə oldu?

- Bəzi qonşu ölkələrdən fərqli, Azərbaycanda Çempionlar Liqasının himni səslənildi. Əliyar Ağayev heç kimin ağlına gəlməyən səviyyəyə, I kateqoriyaya yüksəldi. Əliyar da çempionatımızda "bişmiş" hakimdi. AFFA və PFL tərəfindən hakimlərə olan diqqət-qayğının nəticəsi göz önündədi.

- Doğru və yanlış hesab etdiyiniz qərarlar hansılar oldu?

- Yanlış hesab etdiyim keçən il əvəzedici heyətin əsas komandadan bir gün sonra oynaması qərarıdı. Mən bununla razılaşmadım. Ancaq səs çoxluğu ilə belə addıma əl atdıq. Bu, səhv qərar oldu. Yaxşı oldu ki, bu il iclasda görüşdük və etiraf etdilər ki, əvəzedicilər əsas komandadan bir gün əvvəl oynasa yaxşıdı.

Yadda qalan çox şey var. Mən PFL-dən əvvəl klubda çalışırdım. Hər klub da ürəyi istəyən topla oynayırdı. Bu da peşəkar futbolçuları öz oyununu göstərmək imkanından məhrum edirdi. Ancaq PFL yaranandan sonra qərara aldıq ki, bütün çempionat eyni topla oynanılmalıdı. Vaxt var idi ki, klublara şar kimi top verirdilər. Futbolçular da deyirdilər ki, zərbə vururduq, top havada beş yerə qatlanır, istədiyimiz oyunu göstərə bilmirik. Bununla bağlı qərarımız da peşəkarlığa doğru atılmış növbəti addım idi.

- Mübarizə və rəqabət baxımından hansı mövsümü xüsusi fərqləndirərdiniz?

- Açığı, fərqləndirmək çox çətindi. Hər mövsümün öz şirinliyi və çətinliyi var. Buna görə də, ayıra bilmirəm. Hələ yola davam edirik.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK