adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Iyul 2018 17:14
16159
KRİMİNAL
A- A+

Azərbaycanda həkimi öldürən şəxs tutuldu

İyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət olması bildirib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.