adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Iyul 2018 10:11
16901
MARAQLI
A- A+

Futbol tarixindən maraqlı faktlar və rekordlar


- Hindistan, 1950 Dünya Kubokunda iştirak etməmək qərarı aldı, çünki FIFA, Hindistanlı futbolçuların ayaqyalın oyuna çıxmasına icazə vermədi.

- 1957-də Charlton Athletic, matçın tamamlanmasına 30 dəqiqə qalmış 5-1 geridə olduğu oyununu 7-6 qazandı.

- 2002-də Madagaskar komandası Stade Olympique L’Emryne, çempion AS Adema qarşısında öz qapısına 149 qol vurdu. Bunun səbəbi isə bir öncəki oyunda hakimin verdiyi qəralara etiraz etmək üçündü.

- 1973-də Galilee komandasının bütün oyunçuları, İsrail liqasındakı rəqiblərini döydükləri üçün gecəyi polis bölməsində keçirmişdilər.

- 1986 və 1990 Dünya Kubokunda, Argentina futbolçularının toyuq yeməsi "uğursuzluq gətirir deyə qadağa edilmişdi.

- 1986-da Finlandiyanın əfsanəvi futbolçusu Pentti, bir oyunda öz qapısına 5 qol vurdu.

- Fildişi Sahili təmsilçisi ASEC Abidjan, 1989 ilə 1994 illəri arasında 108 oyunda məğlub olmadı.

- 1993-də Paraqvayda Sportivo Ameliano ilə General Caballero komandalarrı arasında oynanan oyundaa 20 qırmızı kart çıxdı.

- 1998-də İngilis hakim Martin Sylvester, futbolçuya yumruq vurduğu üçün özünə qırmızı kart göstərdi.

- 1998-də ikinci liqa komandası Jiul Petrosanidə oynayan Rumın oyunçu Ion Radu, Valcea komandasına 500 kq ət qarşılığında satıldı.

- 2002-də Middlesbroughlu Malcolm Christie, Manchester United oyununda son dəqiqədə vurduğu qoldan sonar azarkeşlərinə qaçdı ancaq qol sevincinin həddi çox olunca çənəsi sındı.

İtalyan hücumçu Luigi Riva, güclü zərbələrindən biriylə azarkeşin qolunu qırdı

- Sir Stanley Matthews, 33 illik kariyerasında heç kart görmədi.

- Bolognadan Giuseppe Lorenzo, Parma ilə oynadıqları oyunun 10-cu saniyəsində rəqibinə təpik atdığı üçün qırmızı kart gördü.