adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Iyul 2018 16:31
17093
MARAQLI
A- A+

Budamı oldu?

Dünyada "budamı oldu?" deyiləcək çox maraqlı hadisələr olur. 

1. 1985de New Orleanlı xilas edənlər həmin il şəhərin hovuzlarında kimsənin boğulmamasını qeyd etmək üçün qonaqlıq verdilər. Bu zaman qonaqlardan biri çox maraqlı bir şəkildə boğulub.

2. 1975-ci ildə bir ingilis cütlüyü televiziyada ən sevdikləri proqramı izləyərkən kişi yarım saat davam edən bir gülmə krizi nəticəsində ürək krizi keçirərək öldü. Həyat yoldaşı dəfndən sonra proqramın direktorlarına bir məktub yazaraq ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür etdi.

3. New Hempshere ştatında 10 yaşında bir uşaq kolasını mismarla açmağa çalışarkən həyatını itirdi. Kolanın içindəki qaz təzyiqi qalxan mismar, uşağın boğazına batdı və uşaq həyatını itirdi.

4. 1983-cü ildə mağazada oğurluq edərkən tutulan San Diegolu bir qadın polislərə əgər onu buraxmasalar göyərənə qədər nəfəsini tutacağını söylədi. Polislər qadını buraxmadılar, o da həqiqətən ölənə qədər nəfəsini tutdu.

5. Konya Karapınar bölgəsindəki bir gözətçi iti sahibi Əmin Çenesizin cib telefonunu uddu. Hadisə itin qarnından zəng melodiyası gəlincə aydın oldu. Bədbəxt telefon kiçik ölçülərdə olması səbəbindən ifrazat yolu ilə çölə atıldı.

6. Hindistanın Assam ştatında düyü pivəsi içib sərxoş olan 12 fil 3 nəfəri tapdalayaraq öldürüb, 2 nəfəri də yaralayıb. Rəsmi rəqəmlərə görə Assam ştatında son 5 ildə fillər ən azı 150 nəfəri əzərək öldürdü.

7. Belçikada "La Derniere Heure" qəzetinin bir həmkarına məxsus Nokia 3410 markalı mobil telefon söhbət zamanı partlayış etdi. Və jurnalist qulağından yüngül yaralandı.

8. Vaşinqtonda bir məhbus həbsxanadan qaçdı. Bir neçə gün sonra sevgilisi ilə görüşə getdi. Uzun müddət geri dönməyincə, sevgilisi narahat olaraq polisə xəbər verdi. Polislər onun adını eşidəndə kim olduğunu anladılar və onu yaxaladılar.

9. ABŞ-ın ən çox satılan qəzeti "USA Today" in 5 dəfə "Pulitser" mükafatına namizəd göstərilən müxbiri Con Kelleyin, illərlə izlədiyini irəli sürdüyü beynəlxalq hadisələrlə bağlı yalan informasiyalar yazdığı ortaya çıxdı.

10. Xanım Carson Amerikanın New York şəhərində yaşayırdı. Bir gün əylənmək üçün cənazə işləri ilə məşğul olan bir şirkətlə razılaşdı. Beləki, şirkət evə zəng etdi və xanım Carson-un ürək krizi keçirib öldüyünü söylədi. Ailə də buna inanıb,dərhal ora qaçdı.

11. Jake Fen adlı Macar adam arvadını qorxutmaq üçün, arvadı evə gələnə yaxın özünü asmış kimi göstərdi. özünəasmış pozası verdi. Evə gələn qadın ərini o halda görüncə ürəyi getdi. Qapını açıq görən qonşu qadını içəri girəndə iki cəsədlə qarşılaşdığını zənn edib evi soydu. Topladıqları ilə evdən çıxarkən Jake qadına bir təpik atdı. Cəsədin canlandığını düşünən qadın qorxudan öldü. Jake bəraət edib.