Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | 100 yaşlı polisimizin qadın əməkdaşları... Adalet.az | 100 yaşlı polisimizin qadın əməkdaşları... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

100 yaşlı polisimizin qadın əməkdaşları...

10888    |   2018-07-02 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün 100 illiyi qeyd olunan Azərbaycan Respublikasının daxili işlər orqanlarında 3300-dən çox qadın əməkdaş xidmət edir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantıİlham BabayevModern.az-ın sorğusuna cavab olaraq bildirilib.

İ.Babayevin sözlərinə görə, ümumilikdə 22 xanım əməkdaşa etimad göstərilərək, rəhbər vəzifələrə irəli çəkilib ki, bu da şəxsi heyətin 8,4 faizini təşkil edir:


"Onların böyük qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, "102” və "Təhlükəsiz Şəhər” qurumlarında, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər.

Qadınların hüquq və azadlıqlarının təminatına dair milli qanunvericilik aktlarından və beynəlxalq sənədlərdən irəli gələn tələblərin icrası Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Rəhbərlik tərəfindən gender siyasəti sahəsində məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir.


Elə xanım əməkdaşlar da onlara göstərilən etimadı, bəslənən ümidləri layiqincə doğruldurlar.

İstefada olan polis polkovniki Zivər Xəlilova daxili işlər orqanlarında xidmət etdiyi 33 il ərzində cinayətkarlıqla mübarizədə əlindən gələni əsgərməyib, uzun illər Baş Cinayət Axtarışı İdarəsində səmərəli fəaliyyət göstərib, idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlib, gənc əməliyyat müvəkkillərinin peşəyönümlü biliklərinin artırılmasında böyük xidmətləri olub, əməyi ölkə və DİN rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib, "Azərbaycan bayrağı” ordeni, digər yüksək mükafatlarla təltif olunub.

Baş Kadrlar İdarəsinin Komplektləşdirmə İdarəsinin rəisi, polis polkovniki Yeganə Məmmədova üçün az qala bayram günlərində də səhər açılandan axşama qədər işləyib, çalışmaq adi haldır. Ona olan etimadı layiqincə doğruldan Yeganə Məmmədovanın çoxsaylı mükafatları arasında ölkə rəhbərinin sərəncamı ilə təltif olunduğu "İgidliyə görə” medalı xüsusilə dəyərlidir.


Daxili işlər orqanları əməkdaşlarının, onların ailə üzvlərinin və veteranların sağlamlığı keşiyində duran DİN-in Tibb İdarəsində, həmin quruma tabe olan Arif Heydərov adına Respublika Hospitalında tibb elmində öz sözünü demiş, peşəkar həkimlər arasında qadınlar üstünlük təşkil edirlər. Hospitalın 4 şöbəsinə qadın zabitlərimiz rəhbərlik edir. Onlardan tibb xidməti polkovnik-leytenantı Samirə İmanova Rusiya Qastroenterologiya Assosiasiyasının üzvüdür, vaxtaşırı bu qurumun jurnallarında elmi məqalələrlə çıxış edir. Endokrinologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Almaz Həsənova dəfələrlə Türkiyədə keçirilən simpoziumlarda, Beynəlxalq Terrorizmə qarşı konqreslərdə məruzələrlə çıxışlar edib. Tibb xidməti polkovnik-leytenantı Aygün Quliyeva Nevrologiya şöbəsinə rəhbərlik edir. Avstriyada, Türkiyədə bu sahənin aktual problemlərinə həsr olunmuş konfranslara qatılıb. Radiologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Zenfira Ələsgərova uzun müddət Daxili Qoşunların hərbi qulluqçularının sağlamlığı keşiyində dayanıb. Peşəkarlığına görə hazırkı vəzifəsinə irəli çəkilib və hərbiçi qətiyyəti, məsuliyyəti ilə ona olan etimadı doğruldur”.

Tibb İdarəsinin hər iki poliklinikasına tibb xidməti polkovnik-leytenantı Səadət Həsənova və tibb xidməti mayoru Aysel Muxtarova rəhbərlik edir. Elə kollektivin əksər üzvləri də xanımlardan ibarətdir.”.

İ.Babayevin sözlərinə görə, xalq artisti Fidan Hacıyeva opera sənətinin tanınmış simalarından biri kimi mədəniyyətimizi dünyanın ən ünlü səhnələrində layiqincə təmsil edir:

"Fidan xanım DİN-in Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin hərbi dirijoru-mahnı ansamblı rəisinin müavini, baş leytenantdır.

Müstəqillik illərində ölkəmizə ilk Olimpiya qızılını stend atıcısı Zemfira Meftahətdinova qazandırıb. Dəfələrlə dünya və Avropa çempionu və rekordçusu olan polis polkovniki Zenfira Meftahətdinova DİN İdman Cəmiyyətinin sədridir.

Rəhbərlik etdiyi qurumun bütün imkanlarını daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlıqlarının möhkəmlənməsi, idmançılarımızın ustalığının artırılmasına yönəldib. Nəticə göz qabağındadır: 2017-ci ilin yekunlarına əsasən, ölkənin ən yaxşı idman təşkilatı seçilib. Yüksək təşkilatçılığın nəticəsidir ki, ötən il daxili işlər orqanlarında xidmət edən 150-yə yaxın əməkdaş ölkə və beynəlxalq miqyaslı yarışlarda 43 medal qazanıb. Onlardan 32-si ölkənin milli komandalarının tərkibində beynəlxalq arenalarda, Avropa və Dünya çempionatlarında əldə olunub. Ümumilikdə, bu dövrdə DİN-in İdman Cəmiyyətinin təmsilçiləri tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda qazanılan 231 medaldan 73-ü qızıl, 65-i gümüş, 93-ü bürüncdür. 64 medal yeniyetmələrin, 47 medal gənclərin, 120 medal isə böyüklərin payına düşür. Medallardan 96-si beynəlxalq miqyaslı, 135-i isə respublika birincilik və çempionatlarında qazanılıb. İdmanımızın inkişafındakı xidmətlərinə görə ölkəmizin ən titullu idmançılarının siyahısına başçılıq edən Zenfira Meftahətdinova "Şöhrət” ordeni, "Tərəqqi” medalı və digər yüksək mükafatlara layiq görülüb. Səbail Rayon Polis İdarəsində xidmət edən qızı - polis serjantı Regina Meftahətdinova anasının yolunu həm xidmətdə, həm də idmanda layiqincə davam etdirir.

Digər olimpiyaçımız, istefada olan mayor İradə Aşumova uzun illər Daxili Qoşunlarda xidmət edib, güllə atıcılığı üzrə dünya və Avropa çempionu olub, Afina Olimpiadasının bürünc medalını qazanıb. Həm xidmətdə, həm idmanda onun yolunu oğlu - Daxili Qoşunların idman komandasının zabiti, baş leytenant Ruslan Lunyov davam etdirir.

Dövlət başçısının sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif olunmuş Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Leyla Həsənova güllə atıcılığı üzrə qatıldığı yarışlarda yüksək mükafatlar qazanıb. Əlahiddə Çevik Polis Alayının polis nəfəri Nuriyyə Axundova hələ gənc olmasına baxmayaraq, cüdo güləşi üzrə dəfələrlə respublika çempionatının, beynəlxalq yarışların qalibi olub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Fəqanə Kərimova dəfələrlə DİN çempionu olub. Sabunçu RPİ Kadrlar qrupunun inspektoru, polis leytenantı Ədilə Qurbanova xidmət bir tərəfə, belə desək, idmanda da ağır növləri seçib. Karate üzrə ikiqat dünya, doqquzqat ölkə çempionu olmaqla yanaşı, həm də pauerliftinq üzrə qatıldığı respublika və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə edib”.

Şöbə müdiri xanım polislərdən birinin başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb:

"Nizami Rayon Polis İdarəsi Post-Patrul Xidmətinin polis nəfəri, polis serjantı Aygün Səmədovanın qarşılaşdığı hadisəni nümunə göstərə bilərik. Bir axşam işdən gec çıxıb evlərin arası ilə metroya gedərkən iri cüssəli oğlanın yaşlı bir qadının çantasını alıb sürətlə uzaqlaşdığını görüb. Tez onun arxasınca qaçan Aygün xanım oğlanı yaxalayıb, Polis Bölməsinə təhvil verib. Qadının içində pulu, bank kartları olan çantası özünə qaytarılıb”.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK