ANA SƏHİFƏ / SİYASƏT

Türkiyə parlamentində deputatların sayı artdı

5372    |   2018-07-02 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə Böyük Millət Məclisinin 27-ci müddəti üçün təmsil olunan deputatların sayı artıb.

Adalet.az "Anadolu Ajansı”na istinadən xəbər verir ki, bununla əlaqədar Türkiyə Böyük Millət Məclisində geniş dəyişikliklər ediləcək.

27-ci dövr üçün Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin sayı 600 nəfərə yüksəlib.

Bundan əvvəlki dövr üçün isə təmsil olunan millət vəkillərinin sayı 550 nəfər olub.


Bundan əlavə, parlamentdə təmsil olunan siyasi partiyaların da sayı 5-dən 8-ə yüksəlib.

Böyük Millət Məclisinin binasında yeni millət vəkilləri üçün yerlər qurulacaq və otaqlar düzəldiləcək.

Əvvəlki dövrdən qalan 267 millət vəkili öz otaqlarında qala biləcəklər.

Qalan 333 deputat üçün isə püşkatma təşkil edilib. Lakin nazirlər, prezident şurasının üzvləri, siyasi partiyaların qrup başçıları və beynəlxalq komissiya rəhbərlərini təşkil edən 60 deputata otaq çatmayıb.

Onlar üçün vəzifələrinin təyini və yeni otaqların tikilişindən sonra bu ayın sonu ya da avqust ayında yeni püşkatma olacaq.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK