Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | DSX-dan xüsusi əməliyyat - Narkotacir qadınlar tutuldu Adalet.az | DSX-dan xüsusi əməliyyat - Narkotacir qadınlar tutuldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

DSX-dan xüsusi əməliyyat - Narkotacir qadınlar tutuldu

8179    |   2018-07-02 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaq­malçılıq yolu ilə ölkə ərazisinə gəti­ril­məsinə qarşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsin­də DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.

DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən saxlanılmış şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK