adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Iyul 2018 15:33
10950
SİYASƏT
A- A+

Milli Məclisin xanım deputatına yeni vəzifə verildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Modern.az-ınəldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilib.


Belə ki, deputatSevinc FətəliyevaAzərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavinitəyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Elşad Həsənov, Rəfael Hüseynov, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Asim Mollazadə, Naqif Həmzəyev.