Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Universitetlərarası yarış – hər 3 yerin qalibi UNEC tələbələridir Adalet.az | Universitetlərarası yarış – hər 3 yerin qalibi UNEC tələbələridir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Universitetlərarası yarış – hər 3 yerin qalibi UNEC tələbələridir

5963    |   2018-07-02 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNEC Karyera Mərkəzi və İnnovativ Biznes İnkubatorunun təşkilatçılığı ilə "Gələcəyini sən qur” adlı biznes simulyasiya yarışı təşkil edilib.

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən yarışın məqsədi gənclərin iqtisadi biliklərinin artırılmasıdır.

Adalet.az xəbər verir ki, yarışda 5 universitetdən 15 komanda iştirak edib. Komandalar sahib olduqları virtual şirkətin perspektivlərini və biznes imkanlarını qiymətləndirib, digər şirkətlərlə sərfəli şərtlərlə virtual əqdlər bağlayıblar. 6 mərhələdən ibarət olan yarışda komandalar sahib olduqları resursları sərfəli qiymətə satmağa və virtual kapitalın artırılmasına çalışıblar.

Oyun çərçivəsində alıcı və satıcı qismində çıxış edən komandalar üçün qiymət dəhlizi müəyyən edilib və əmtəənin qiyməti üzərində razılaşmalar aparılıb. Hər mərhələnin sonunda əqdlər təsdiqlənib, məlumatlar vahid bazaya daxil edilib və aralıq nəticələr komandalara bildirilib. Bütün mərhələlərin yekununda maksimal mənfəət əldə edən komanda qalib adını qazanıb.

Yarışda hər üç yerin sahibi UNEC-i təmsil edən komandalar olub. Birinci yerə SABAH Mərkəzi və Biznes və menecment fakültəsinin birləşmiş komandası, ikinci yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin komandası və üçüncü yerə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrlərindən ibarət komanda layiq görülüb.

Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar.




İmza:
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK