adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Iyul 2018 15:20
3578
HADİSƏ
A- A+

Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi "Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi "Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.