adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyul 2018 14:58
12004
DÜNYA
A- A+

Ukrayna ordusu daha bir məntəqəni azad etdi

Ukrayna birləşmiş qüvvələri iyunun sonunuda Luqansk vilayətindəki Qızıl-4 yaşayış məntəqəsini üsyançılardan azad edib.

Adalet.az xəbər verir ki, bu barədə birləşmiş qüvvələrin mətbuat xidməti mərkəzinin rəisi Aleksandr Zavtonov mləumat verib.

"Biz, Qızıl-4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirməyimizlə bağlı informasiyanı təsdiq edirik”, – deyə Zavtonov vurğulayıb. Onun sözlərinə görə, kəndin azad edilməsi üzrə əməliyyat Ukraynanın şərqindəki münaqişələrin nizamlanmasını nəzərdə tutan Minsk razılaşmaları pozulmadan həyata keçirilib.

Qeyd edək ki, Luqansk və Donetsk Ukraynanın şərqində yerləşən münaqişə rayonlarıdır və özlərini "müstəqil” respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. 2014-cü ilin Maydan hadisələrindən bəri Şərqi Ukraynada – Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Ukrayna böhranının Minsk razılaşmaları üzrə nizamlanması ilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə "Normand formatı” məşğul olur.