adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Iyul 2018 10:00
14487
GÜNDƏM
A- A+

AQİL ABBAS: «O POLİS OLMASA EVDƏN ÇÖLƏ ÇIXA BİLMƏZSİNİZ»

Son günlər bəzi saytlarda və sosial şəbəkələrdə bir video paylaşıblar. İki polis işçisi bir nəfəri zorla maşına mindirir və bu hadisə turistlərin gözünün qarşısında olur. Pah attonnan, polis bizi turistlərin yanında biyabır eləyib.

Portallar da tökülüb polis haqqında ağzına gələni yazıblar.

Əgər biri hansısa bir cinayət eləyib və yaxud polisin qanuni tələblərinə əməl eləməyib kobudluq edirsə, hətta polisə müqavimət göstərmək nədi, əl qaldırırsa, polis nə etməlidi? Həmin adama boğaz çəkməlidi ki, mən ölüm, gedək polis idarəsinə?

Polisin vəzifəsi ictimai asayişi mühafizə eləməkdi. Səni, məni, bizi cinayətkarlardan qorumaqdı. Polis də bizi hətta bəzən həyatı bahasına cinayətkarlardan qoruyur. Polisin hesabına evimizdə rahat yata bilirik.

Polis olmasa, evinizdən çölə çıxa bilməzsiniz.

Yeri gəlmişkən, o gün ABŞ-da bir maşın piyada keçidində saxlamadığına görə, polislər tərəfindən qovuldu. Polislər gördü ki, sürücü qanuna tabe olmur, öz maşınları ilə iki tərəfdən həmin maşını vurub saxlatdılar. Sonra da əllərindəki dəyənəklərlə maşını əzik-əzik elədilər, şüşələrini qırıq-qırıq. Daha sonra sürücünü də itqusdu elədilər. Yerə yıxıb oturdular üstündə, qollarını da qandalladılar. Amerikalılar da həmin polisləri haqlı çıxardılar.

Bu gün Azərbaycan polisinin yaranmasının 100 illiyidir. Peşə bayramı günüdür. Sıravi əməkdaşından tutmuş generallarına qədər bütün Azərbaycan polisini ürəkdən təbrik edirik! Uğurlar arzulayırıq!

Var olun! Və yaxşı ki, varsınız!