adalet.az header logo
  • Bakı 13°C
03 Iyul 2018 10:55
19529
İDMAN
A- A+

RUSLARIN BƏXTİ GƏTİRİB Kİ, BİZİM MİLLİ KOMANDA ÇEMPİONATDA YOXDU

İspanlar ruslarla oyunda 90 dəqiqə stadionun enini-boyunu ölçdülər, axırda dəqiq öyrəndilər ki, stadionun eni 60 metr, uzunluğu da 110 metrdi. Başı ölçü işlərinə qarışdığından bir də ayılıb gördülər ki, uçuş biletləri hazırdı. Ağdamlılar demiş, üzü güləbatına, yəni İspaniyaya.

Çox güman ki, ruslar xorvatlara da ot yolduracaqlar. Mejdu proçim, Zaqrebin gözəl vaxtlarıdı ey, meşələr, sərin bulaqlar. Moskvanın rütubətli istisindən xorvatların da canı qurtaracaq.

Rusların bircə onda bəxti gətirib ki, Azərbaycanın milli komandası çempionata düşməyib. Yoxsa heç qoymazdı qrupdan çıxalar. Bir sağ, bir sol Akinfeyev tordan top çıxarmaqdan yorulardı.

Can ay ruslar, ermənilərin tərəfini saxlayırsınız, ayıb olsun. Di gedin, bizim hesabımıza kef eləyin.