adalet.az header logo
  • Bakı 11°C
02 Iyul 2018 14:17
10751
MƏMLƏKƏT
A- A+

YAYDA KİMDİ EY ƏT YEYƏN

Qəzetələr yazır ki, heyvanları daha qəssablar kəsməyəcək, xüsusi sallaqxanalarda kəsiləcək. Və buna görə də yol pulu-filan, sallaqxananın üstünə qoyduğu pul ətin qiymətinə təsir göstərəcək və təxminən bir manat bahalaşacaq. Olsun də, yaydı, yayın istisində ət yeyən kimdi, gül kimi göy-göyərti dura-dura. Allah versin lobyaya.

Bilgisayarda da xəbəri yazan Gülər xanım deyir ki, məllim, vallah mən ət yeməsəm doymuram. Mən də ona söz verdim ki, ətin artan qiymətini kompensasiya eləyərəm.