adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyul 2018 11:30
14688
MƏMLƏKƏT
A- A+

İLQAR CƏLİLOV, ELƏ BİL EVİNİ ERMƏNİLƏR YANDIRIB

Qaxda İlqar Cəlilov adlı bir Qarabağ qazisinin evi yanıb. FHN komissiyası yanğın hadisəsi ilə bağlı belə bir rəy verib ki, ev Qax elektirik şəbəkəsinin səhlənkarlığı səbəbindən yanıb və Qarabağ qazisinə 61 min manat ziyan dəyib. Qazi də düz üç ildir məhkəmələrdədir. Məhkəmələr də qərar çıxarıb ki, elektrik şəbəkəsi həmin təzminatı ödəməlidir və üç ildir get-gəldədi. İndi məsələ gəlib çıxıb Ali Məhkəməyə. Kəsəsi, qazi üç ildir halal haqqını ala bilmir.

Əsəbləşmə dostum, heç vecinə də alma. Sən Qarabağda vuruşmusan, yaralanmısan, qazi olmusan. Orda yanan evləri də görmüsən. Elə biri mənim evim, yanıb və bütün nəslimlə. Olur belə şeylər.

Sən get şikayətini geri götür. Elə bil bizlərdən birisən, evini erməni yandırıb. Səlahiyyətli şəxslərə bu xəbəri oxumağı qəti qadağan edirəm. Amma Ali Məhkəmənin hakiminə qadağan eləmirəm.