adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Iyul 2018 10:07
14940
DÜNYA
A- A+

FƏLƏSTİN TÜRKİYƏYƏ DİRSƏK GÖSTƏRİR

Deməli belə. Qardaş Türkiyə Fələstindən ötəri yaxasını cırıq-cırıq eləyib, ölür Fələstin üçün. İndi görün Fələstin neyləyib. Can ay Fələstin, səni dədən yesin. Bəli, Fələstin Türkiyəni İsrailə şikayət edib. O İsrailə ki, neçə illərdi Fələstini minik-minik eləyib. Bütün dünya da İsrailin yanındadı, bircə Türkiyə Fələstin deyib, «Qarabağ şikəstəsi» oxuyur.

Fələstin İsrailə şikayət eləyib ki, qoymayın, Türkiyə Şərqi Qüdsdə etkisini artırır, bu da fələstinliləri rahatsız eləyir. Məscidi-Aksanın çevrəsində Türkiyə vətəndaşlarının sayı sürətlə artır, həm də çoxlu əmlak satın alırlar. Və bildiriblər ki, Türkiyə-Qüds məsələsində ərəb və müsəlman dünyasındakı gücü artırmaq istəyir, buna fürsət verməyin.

İsrail də Fələstinin bu şikayətindən sonra çoxlu sayda türk vətəndaşını Qüdsdə göz altına alıb deportasiya eləyib.

Yetimə deyirlər kiminləsən, deyir çörək verənlə.