ANA SƏHİFƏ / MARAQLI

Adları göy cisimlərinə verilmiş azərbaycanlılar

2962    |   2018-07-02 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Astronomiya elmi üzrə ali beynəlxalq qurum olan Beynəlxalq Astronomiya Birliyi inkişaf etmiş ölkələrin rəsədxanaları, astronomiya elmi üzrə alimləri ilə əməkdaşlıq edir. Ölkələrin bu elmə verdiyi töhfələri, araşdırmalarda əldə etdiyi nailiyyətləri əsas götürərək, asteroidlərə, yeni kəşf edilmiş planetlərə və planetlər üzərindəki kraterlərə ölkələrin görkəmli şəxsiyyətlərinin, elm, incəsənət xadimlərinin adları verilir.

Beynəlxalq Astronomiya Birliyinin bu siyahısında Şamaxı Astrofizika Rəsədxanasının yaranmasından bəri burada çalışan mütəxəssis və alimlərin apardığı faydalı tədqiqatlara görə, Azərbaycan şəxsiyyətlərinin adları da yer alıb.

1974-cü ildə Krım rəsədxanasının kəşf etdiyi asteroidə 1994-cü ildə Nizami Gəncəvinin adı verilib. Onun adı, həmçinin Merkuri planetindəki bir kraterə də verilib.

1974-cü ildə kəşf edilmiş digər bir asteroid isə Müslüm Maqomayevin adını daşıyır. 1978-ci ildə həmin rəsədxana tərəfindən kəşf edilən asteroid 1997-ci ildə Hüseyn Cavid adını alıb. Mars planetində də onun adına krater var.



1979-cu ildə tapılmış asteroidə 2001-ci ildə Nəsirəddin Tusinin adı verilib. Ayın səthindəki bir krater də onun adını daşıyır. 1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleya iclasında, Mars planetindəki kraterlərdən birinə, ötən əsrdə yaşamış astrofizik Nadir İbrahimovun adı verilib. O, vaxtilə Şamaxı rəsədxanasının aparıcı mütəxəssislərindən biri olmuş, Günəş sistemi atmosferinin araşdırılması ilə məşğul olmuşdur. Mars, Uran, Neptun planetləri onun tədqiqat obyektləri idi. O, Marsda heç kəsin indiyədək görə bilmədiyi sahənin xəritəsini çəkmişdir.

1999-cu ildə ABŞ-ın Lovell Rəsədxanasının aşkar etdiyi kiçik bir planetə isə, 2007-ci ildə, Şamaxı Astrofizika Rəsədxanasının direktoru olmuş, Beynəlxalq Astronomiya Birliyinin üzvü, komet və planetlərin qarşılıqlı əlaqəsini araşdıran professor Eyyub Quliyevin adı verilmişdir. O, indi də rəsədxananın kometlər üzrə aparıcı mütəxəssisidir.

Bundan başqa 1971-ci ildə Krım rəsədxanası tərəfindən tapılmış asteroid Azərbaycan adını daşıyır.


İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK