adalet.az header logo
  • Bakı 18°C
02 Iyul 2018 12:58
11636
DÜNYA
A- A+

Türkiyədə 68 hərbçi həbs olundu

Ankara Respublika Prokurorluğu FETÖ işi ilə əlaqədar daha 68 hərbçiyə həbs qərarı verib.

Adalet.az "Anadolu Ajansı”na istinadən xəbər verir ki, haqlarında həbs qərarı çıxarılan hərbçilərin 19 nəfəri hazırda xidmət başında olub.

Prokurorluq həmin hərbçilərin hələ də təşkilatın imamları ilə sabit telefonlarla periodik və ardıcıl şəkildə əlaqə saxladığını müəyyən edib.

Prokurorluğun təlimatı ilə Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinin əməliyyat qrupları 19 ildə əməliyyatlar həyata keçiriblər.

Haqlarında həbs qərarı çıxarılan 68 hərbçidən 19-u saxlanılıb və sorğu üçün paytaxt Ankara şəhərinə gətiriləcəyi bildirilir.

Qeyd edək ki, həbs qərarı verilmiş 68 hərbçidən 22 polkovnik və 27 podpolkovnik haqqında daha əvvəl də inzibati əməliyyat tətbiq edildiyi bildirilib.(modern.az)