ANA SƏHİFƏ / İDMAN

"Onları məni komandada saxlamağa məcbur edə bilməzdim"

3473    |   2018-07-02 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mövsümün sonunda "Zirə"dən ayrılan Viktor İqbekoyi Qol.az-a müsahibə verib. Paytaxt klubundan gedişi ilə bağlı danışan nigeriyalı futbolçu ölkəsinin DÇ-2018-dəki çıxışını da dəyərləndirib.

- Mövsüm başa çatdıqdan sonra "Zirə" sizinlə yolları ayırdı. Özünüz qalmaq istəmədiniz, yoxsa?..

- "Zirə" növbəti mövsüm üçün bəzi futbolçuları heyətində görmək istəmədi. Onlardan biri də mən idim. Səbəbini bilmirəm. Çünki qərarı klub verdi. Onları məni komandada saxlamağa məcbur edə bilməzdim.

- Artıq 31 yaşınız var. Gələcək karyeranızla bağlı nə düşünürsünüz?

- Yaxşı planlarım var (gülür). Karyeramı davam etdirmək istəyirəm. Menecerim var və o, bu işlərlə məşğul olur.

- Təklifləriniz var?

- Təkliflər? Hələlik bu barədə danışmaq istəmirəm. Amma tezliklə hər şey bilinəcək.


- Yenidən Azərbaycanda oynamağınız mümkündür?

- Mən peşəkar futbolçuyam. Tapdığım istənilən komandada oynamaq və ona kömək etmək istəyirəm. Ölkənin heç bir fərqi yoxdur. Azərbaycandan hansısa klub mənə müqavilə təklif etsə, gəlib oynayacam. Azərbaycan Premyer Liqasına hörmətlə yanaşıram. Eyni zamanda sizin klublar da mənə hörmət edir.


- Uzun illər 2006-cı ildən 2018-ci ilə kimi) Azərbaycan çempionatında çıxış etmisiniz. 12 illik müddətdə futbolumuzda nə dəyişib?

- Əvvəllər Premyer Liqada klubların sayı çox olsa da, səviyyə aşağı idi. İndi isə əksinədir: klub sayı az, səviyyə isə yuxarıdır. Məncə, Azərbaycan futbolu son illərdə xeyli inkişaf edib. Klubların avrokuboklarda çıxışı, "Qarabağ" və "Qəbələ"nin son illər qrup mərhələsində mübarizə aparması da bundan xəbər verir.

- Ötən il milli komandada çoxdan gözlənilən təyinat gerçəkləşdi. Qurban Qurbanov yığmanın sükanı arxasına gətirildi. Sizcə, bu dəyişiklik Azərbaycan futboluna nə qazandıra bilər?

- Milli komandanızın Qurban Qurbanovla yaxşı nəticələr qazanacağına əminəm. Yığmanız bu cür təcrübəli məşqçinin başçılığı altında daha da artıracaq. Sadəcə, buna bir az zaman lazımdır.


- Son sualım dünya çempionatı ilə bağlı olacaq. Rusiyada davam edən mundialda Nigeriya millisi qrup mərhələsində inamlı təsir bağışlasa da, son oyunda Argentinaya uduzub turnirlə vidalaşdı. Ümumiyyətlə, komandanızın çıxışını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Nigeriya dünya çempionatında pis çıxış etmədi. Düzdür, mundialla qrup mərhələsində vidalaşdıq. Amma mən yığmaya inanıram. Onlar dünya çempionatın oynamaq üçün çox gəncdirlər. Məncə, uğur qazanmaq üçün təcrübələri çatmadı.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK