adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Iyul 2018 12:31
12161
SİYASƏT
A- A+

Trampdan “bəyənmədiyi” ölkəyə təbrik

ABŞ prezidenti Donald Tramp ötən gün Meksikada keçirilən prezident seçkilərində qələbə qazanan sol koalisiya qüvvələrinin namizədi Andres Manuel Lopes Obradoru təbrik edib.

Adalet.az xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter" hesabında yazıb.

"Meksikanın prezidenti postunu tutaacq Andres Manuel Lopes Obradoru təbrik edirəm. Onunla birgə işləməyi səbirsizliklə gözləyirəm. ABŞ və Meksikanın rifahına aparan yolda bizim görüləcək çox işimiz var”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Meksikada keçirilən prezident seçkilərində "Birlikdə tarix yaradaq” sol koalisiya qüvvələrindən prezidentliyə namizəd Andres Manuel Lopes Obrador seçki büllütünləri hələ tam sayılmamış 47% səslə qalib gəlib. Onun digər rəqibləri – Rikardo Anayya və Xose Antonio Mid isə müvafiq olaraq 27 və 22 faiz səs toplayaraq məğlub olublar. Obradorun seçki marafonundakı rəqibləri faktiki qalibiyyət münasibətilə onu təbrik ediblər. Trampla yanaşı bir sıra digər dövlət başçıları, o cümlədən Venesuela prezidenti Nikolas Maduro da Obradoru növbəti 6 ildə Meksikaya rəhbəlrik edəcəyi münasibətilə təbrik ediblər.


Andres Manuel Lopes Obrador 2000-2005-ci illərdə Meksikanın paytaxtı Mexiko şəhərinin meri olub. O, 2006 və 2012-ci illərdə də prezidentliyə namizədliyini irəli sürmüşdü. Lakin məğlub olmuşdu. Obrador ciddi islahatlar tərəfdarıdır və diqqətini daha çox ölkədaxili məsələlərə, xüsusən də təhlükəsizliyə yönəldəcəyini, Meksikada cinayətkarlıq səviyyəsinin aşağı salınmasına çalışacağını bildirib. O, ABŞ-la da münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır.

Xatırladaq ki, Donald Tramp Meksikadan gələn cinayətkarların və qanunsuz miqrantların ABŞ ərazisinə keçməsinin qarşısını almaq üçün cənub qonşusu ilə sərhəd boyunca divar tikilməsitəklif etmişdi. Hətta Meksika hökumətini tikinti işlərinə çəkiləcək xərci ödəməyə məcbur edəcəyini bəyan edib. Trampın NAFTA-dan çıxmaq istəyi də ikitərəfli əlaqələrdə gərginlik yaradıb.(azvision.az)