adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Iyul 2018 11:27
279407
TEXNOLOGİYA
A- A+

Azərbaycan Almaniyadan mina detektorları alıb

Azərbaycan Almaniyadan mina detektorları alıb.

"AzeriDefence”nin məlumatına görə, dünyada mina detektorlarının istehsalı üzrə tanınmış "Vallon” şirkətinin detektorları Mühəndis İstehkam Qoşunlarının təlimində nümayiş etdirilib.

Qoşunların silahlanmasına yeni daxil olmuş VMH-2 tipli mina detektorları hazırda istehkamçılar tərəfindən uğurla istifadə olunur.

Çəkisi 3.5 kq təşkil edən mina detektoru minaları 60 antimetrədək, partlamamış döyüş sursatlarını isə 1.8 metrədək dərinlikdə aşkarlamağa imkan verir.

Qeyd edək ki, indiyədək "Vallon” detektorları Azərbaycanda yalnız ANAMA-nın istifadəsində mövcud olub.