adalet.az header logo
  • Bakı 20°C
02 Iyul 2018 11:08
4252
HADİSƏ
A- A+

Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Son illər heyvan dişləmələri ilə bağlı hadisələrin sayında artım müşahidə edilir.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova məlumat verib. O bildirib ki, bu ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 heyvan dişləməsi faktı artıb.

"95 faiz itlər tərəfindən dişləmə hadisələridir. Qalanları pişiklər, siçovullar, vəhşi heyvanlardan isə çaqqal, tülkü, canavar tərəfindən insanların dişlənməsi faktlarıdır. Vəhşi heyvanlar əsasən kənd yerlərində, meşəyə yaxın yerlərdə insanlara, onların heyvanlarına hücum edir, xəsarət yetirir".

R. İsmayılova qeyd edib ki, heyvan dişləmələrinin artması əsasən itlər tərəfindən dişlənmə hadisələrinin çoxalması ilə əlaqədardır.

"Bu il ölüm hadisəsi olmayıb. Hər kəsə vaxtında yardım edilib, vaksinasiya edilib".

Qeyd edək ki, 2017-ci ildə 26935 heyvan dişləməsi faktı qeydə alınıb. 2016-ci ildə bu rəqəm 19331 olub.(azvision.az)