adalet.az header logo
  • Bakı 18°C
02 Iyul 2018 11:01
10328
DÜNYA
A- A+

Türkiyə Prezidentinin inauqurasiya mərasiminin VAXTI açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək. Adalet.az-ın məlumatına görə, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.

Seçicilərin 87 faizi səsvermədə iştirak edib.

R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib.