Andres İniesta Milli yığmanı tərk etdi
2018 DÇ kuboku 1/16 mərhələsində ev sahibi Rusiya ilə oyunda penaltilər seriyasında çempionatla vidalaşan İspaniya yığmasının oyunçusu İniesta kariyarısını bitirib.
34 yaşlı futbolçu İspaniya Milli yığmasında bugünə kimi 131 oyunda forma geyinib, 13 qol vurub. 2010 DÇ-da finalda Hollandiya ilə oyunda zəfər qolunu atmış və İspaniya Milli yığmasına DÇ kubokunu gətirmişdi.
İniesta oyundan sonra verdiyi açıqlamada "Bu mənim İspaniya formasi ilə son oyunumdu. Möhtəşəm dövr sona çatdı” deyib.