Əbülfət Mədətoğludan yeni şeir: YUXUMU
Yığmışam mən ovcuma
Gəzdirirəm yuxumu...
Kipriklərimlə sıxıb -
Əzdirirəm yuxumu...
Fikirləri qovmaqla
Sovurmaqla , sovmaqla...
Gözlərimi ovmaqla -
Sezdirirəm yuxumu...
Ulduz qovub , dan açdım
Öz bəxtimlə dalaşdım...
O didərgin , mən qaçqın -
Bezdirirəm yuxumu!..