Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Merkelə qarşı savaş: Avropa niyə parçalanır? Adalet.az | Merkelə qarşı savaş: Avropa niyə parçalanır? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Merkelə qarşı savaş: Avropa niyə parçalanır?

7451    |   2018-06-30 16:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Almaniya kansleri Angela Merkel artıq Avropa üçün xilaskar deyil.

Axar.azxəbər verir ki, bu iddia ilə "Politiko” qəzeti çıxış edib.

"Merkel miqrant böhranına verdiyi reaksiya sayəsində dünyada müasir Janna d`Ark reputasiyası qazandı. Əslində isə Merkel özünün miqrasiya siyasəti ilə davamlı şəkildə Avropa Birliyini dağıdır və bu mənada yaranan parçalanmalara diqqət etmir.

Bir müddət öncə Almaniyanın ARD televiziyasının müxbiri Malte Piper Merkelə 13 il hakimiyyətdə olduğunu və bunun sayəsində AB-də parçalanmaların yaşandığı ilə bağlı müraciət etdi. Müraciətdə Piper Merkeli istefaya səslədi. Bu bəyanat Berlində böyük səs-küyə səbəb oldu. Berlindəki siyasi elita Almaniyanın demokratik institutlarının Avropanı saxlamaq üçün kifayət qədər güclü olmamasından və bunu yalnız Merkelin edəcəyindən qorxur. Elita hər bir halda kansleri dəstəkləyir. Böyük ehtimalla Merkel daxili toqquşmalardan qalib çıxacaq. Heç kim istəmir ki, sonra Avropanın dağılmasında günahlandırılsın. Lakin Avropadakı qaçqın problemi dərin parçalanmalar yaradıb. Almaniya artıq bu dəfə kömək təklif etmək yerinə, Avropadan kömək istədi və rədd cavabı aldı.

Merkelin miqrasiya siyasəti ona qarşı Berlinin Avropadakı tərəfdaşları ilə bərabər, həm də öz koalisiyasının böyük hissəsini qoyub. Almaniya uğursuz şəkildə qaçqın axınlarını həll etməyə çalışanda hər kəsin xoşuna gələn kansler fikir ayrılığı yaradan siyasi fiqura çevrildi. Merkel Brüsseldəki döyüşü udsa belə, onun qaçqın siyasəti ucbatından başlayan müharibə bitməyəcək”, – deyə məqalədə qeyd edilib.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK