ANA SƏHİFƏ / AVTOMOBİL

Sahibsiz avtomobillər... - Yol polisi Bakıda atılmış maşınların yiyəsini axtarır...

5126    |   2018-06-30 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cərimə meydançalarında illərlə qalan avtomobillər var. El arasında "maşın qəbiristanlığı” adlandırılır, amma faktiki olaraq cərimə meydançasıdır. Qəzada yararsız hala düşən, sahibi cərimə olunan nəqliyyat vasitələri, ya da ümumiyyətlə, sahibi tərəfindən unudulan avtomobilləri burda görmək olar.

Hətta bəzi avtomobillər Bakının cərimə meydançalarından birində 10 ilə yaxındır ki, dayanır. Səbəblər isə müxtəlifdir. Kimi qəza zamanı yararsız hala düşən avtomobilinə sahib çıxmır, kimi qəza zamanı ölən yaxının maşınından uzaq durmaq istəyir, kiminin də əzilmiş avtomobilinin cəriməsini ödəməyə əli gəlmir.

Sahibləri razılıq vermədiyindən bu avtomobilləri nə çıxdaş etmək, nə də yararlı hissələrini satışa çıxarmaq mümkündür.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yol Hərəkəti Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif ƏsədovModern.az-aaçıqlama verib.

Qurum rəsmisi bildirib ki, keçən il Bakı şəhəri üzrə müvəqqəti mühafizə olunan dayanacaqlarda illərlə qalmış, sahibləri tərəfindən unudulmış və istismara yararsız olan 600-dən çox nəqliyyat vasitəsi sahiblərinin köməkliyilə oradan çıxarılaraq, çıxdaş edilib.

"Bu gün də bu istiqamətlər üzrə tədbirlər davam etdirilir. Bakıda 10 ildən çoxdur ki, cərimə meydançasında qalan avtomobil var. Hazırda cərimə meydançalarında bu tipdə avtomobillər qalmaqdadır”.

V.Əsədov deyib ki, dünən Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş hadisə zamanı yanan 11 avtomobilin sahibinə təkrarən, hətta 3 dəfə belə məlumat verilib ki, maşınları cərimə meydançasından götürüb çıxdaş etmək lazımdır.

"Təəssüflər olsun ki, bizim müraciətlərimiz cavabsız qalıb. Cərimə meydançasında illərlə qalan avtomobillərin çıxdaş edilməsi istiqamətində yenə də müxtəlif tədbirləri həyata keçirməyə çalışacağıq. Hər halda bu, avtomobil sahibinin razılığı ilə həyata keçirilməlidir. Yəni avtomobil sahibi könüllü olaraq, onu çıxdaş etdirməlidir”.





İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK