adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyun 2018 13:06
17588
KRİMİNAL
A- A+

Keçmiş arvadını məhkəmə zalında öldürən şəxs tutulub

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərindəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Adalet.az-a bildirilib ki, iyunun 29-da Mingəçevir şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.

X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi zamanı baş verib.