adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Iyun 2018 12:47
11731
GÜNDƏM
A- A+

Ermənilər Ağdamda yanğınlar törədir – Nazirlik monitorinq aparır

"Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.

"Azərkosmos” ASC-dən verilən məlumata gröə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib. Bildirilir ki, 29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.