ANA SƏHİFƏ / SİYASƏT

Növbədənkənar parlament seçkilərinə gediləcək?

4815    |   2018-06-30 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə növbədənkənar parlament seçkilərinə də gediləcəyi haqda məlumatlar yayılır. Amma hesab edirəm ki, növbədənkənar parlament seçkiləri keçirilməyəcək”.

Adalet.az xəbər verir ki, bunu Modern.az saytınaaçıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

Deputat Azərbaycanda növbədənkənar parlament seçkilrəinin keçirilməsi üçün əsasın olmadığını bildirib.

"2019-cu illə 2020-ci ilin arasında cəmi bir il fərq var. Ona görə də sual olunur ki, hansı zərurətdən parlament seçkiləri irəli çəkilsin? Məncə, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda deyilənlər ancaq gümanlardır. Bunun üçün mən hüquqi və siyasi əsaslar görmürəm”.

Fəzail Ağamalı bildirib ki, Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçki keçirilə bilər.

"Bu isə artıq Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərinə daxil olan məsələdir”.

Qeyd edək ki, hazırda Milli Məclisdə 6 deputat yeri boşdur.

Çünki Milli Məclisin deputatlarıRövşən Rzayev "Dövlətqaçqınkom”un sədri,Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinin sədri,Vüsal HüseynovDövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayevekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin ediliblər. DeputatAstan Şahverdiyevisə qəfil ürəktutmasından dünyasını dəyişib.

Daha əvvəl isə Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidentiMehriban ƏliyevaAzərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildiyindən, Mərkəzi Seçki Komissiyası onun deputat səlahiyyətlərinə xitam vermişdi.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.

Sonuncu parlament seçkiləri isə 2015-ci ildə keçirilib.




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK