adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyun 2018 11:18
11336
SİYASƏT
A- A+

Quterreş Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırdı

BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırıb.

Adalet.az virtualaz.org-a istinadən xəbər verir ki, BMT-nin bəyanatında baş katibin Suriyanın cənub-qərbində hərbi hücumlardan və insan itkisinin artmasından narahat olduğu və hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığı bildirilir. Antonio Quterreş, həmçinin tərəflərə beynəlxalq humanitar qaydalara və 2017-ci ildə bağlanmış deeskalasiya sazişinə hörmətlə yanaşmaq çağırışı ilə müraciət edib.

Xatırladaq ki, bundan əvvəl BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin yaydığı məlumatda Suriyanın cənub-qərbində hərbi əməliyyatlarla bağlı iki gün ərzində ərazidən köçürülən insanların sayının 2,5 dəfə artaraq 160 min nəfərə çatdığı bildirilirdi.