ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Elsevər Məsim

2943    |   2018-06-30 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Ürəklərin dərdi

Hər ürəyin
bir dərdi var,
ürəyin dərdi olmasa,
mərəzi olmasa
gözəl havanı neylər?..
Sürrü-səfanı neylər!..

Ürək də öz dərdinə
dərman axtarır,
Necə ki,
şahlar
qərar verməyə
fərman axtarır.

Hərənin başı dünyada,
kasıb kəndli
hələ də
ununu üyütməyə
kənddə dəyirman axtarır.
Varlı qədim,
şəhərdə
reklamı baha olan,
konki-idman axtarır.
Hər kəsin
bir dərdi var,
dünyada əzəldən
bircə ilan
zəhərini dağıtmağa
yuva axtarmır,
bir də arı balını satmağa
adam axtarmır
Dünyanın
ən gözəl
insanları tək

***
Deyirlər,
kəndimizdə
bir qoca varmış
Qızlar ərə gedəndə,
dəsmalını
alıb əlinə
oturub
bir daşın üstündə
qəribsəyib ağlayarmış.
El deyənlər
yalan olmaz,
a qardaş.
Bu məsəlin özü də
bir az həqiqətdi,
bir az nəsihət
yaxşı
fikir
verən adam,
götürər əlbət məsləhət.
Bu dünyanın
dərdi-səri
qocalara qalırmış,
bir gün sən də
qocalanda
bilərsən yəqin əlbət...

***
Son nəfəsdə
bəzi ad ama,
yazdığı sətirlər qalır.
Bir də çaşıb,
bir gün birinə
elədiyi xatirələr.
Dünya
xətir-hörmət arasında
bir körpüdü deyirlər.
Bu körpüdən
keçən keçir,
keçməyən keçmir
Məktəbdəki
dərs imtahanı kimi.
İnsanlara qalsa,
insanlar çoxdu dünyada.
Bir-birindən
gah yaxın
gah da aralı gəzir.
Bəziləri də işi düşəndə,
ya da bir ağır
işə düşəndə
"haralı" gəzirlər.
Soyuqqanlılar
havalı,
istiqanlılar
yaralı gəzirlər.
Neyləyək
dünyanın
işləri belədir,
Onsuz da
kimlərsə
kimlərinsə
yerində cavab ki,
vermirlər!?..

Könül

Çiçəklər açılır bahar çağında,
Kaş bir çiçək olub, açıla könül.
Ömrünün ixtiyar, rüzgar çağında,
Ətriylə aləmə saçıla könül.

Ürəkdə kaş mərəz, qərəz olmaya,
Mərəz Allah işi, qərəz olmaya.
Adam inciməkdən çərəz tapmaya,
Quştək qanad açıb hey uça könül.

Dərdi-sər yuvası olsa da dünya,
Hər kəsi güzgüdən görsə də dünya,
Bir gün işıqlanıb sönsə də dünya,
Məhəbbət eşqiylə alışa könül.

Məhəbbəti biz ötəri sanmayaq,
Sevgiləri biz bitəri sanmayan.
Quru sevgiyə də heç aldanmayaq,
Özü də qəmiylə barışa könül.

Top atınca yatanın da dərdi var,
Hər istəyə çatanın da dərdi var.
Gedənin də, qalanın da dərdi var,
Dərdsiz bir aləmə qovuşa könül.

Həyatı

bir kitab kimi,
oxumaq
mümkün olsaydı,
yandırmazdı
əzəldən
Dünyanı
aqillərin
dərdi.
Ötən əsrlərdən
Bu günə
yadigar qalmazdı,
"Süleymana
qalmayan
dünya,
Sənə də qalmaz"
məsəli.
İnsan bir də
dünyadan
köçəndə anlayır,
sanki
Onu yandıran elə
öz dərdi-öz qəmi.
Dünyanın özünə qalır,
ancaq
Dünyanın dərdi.

Qafiyə dərdi

Ürək başa düşür,
bəzən qəmini.
Axtarıb özü tapır,
öz məlhəmini.
Bəzən yazmaq
olmur,
dilə gələni
Qafiyə tapılmır
bir dərman kimi.

Şerimizin dərd-qəmidi
qafiyə,
bu dəryada bir gəmidi
qafiyə,
biçilməmiş bir zəmidi qafiyə,
heç də asan bilmə
bu qafiyəni.

Biri tərs qafiyə,
Bir mücərrəd.
Biri daxilidi,
biri mürəkkəb.

Qafiyə başıma
açıbdı min dərd,
tapmaca bilmə gəl
bu qafiyəni.

Dərdimiz kaş
qafiyə olsun deyən,
yəqin ki,
başına hələ
düşməyib dən.

Qafiyə olubdu
Şairə kəfən.,
qafiyə dəf edib
hər maniəni.

Qafiyə ustadı
şairlər gərək,
Sözündə sərraflar,
mahirlər gərək.

Şerə də gərəkdi,
Şeir tək ürək
Axtarıb tapaydı
şah qafiyəni.



İmza:
SON XƏBƏRLƏR
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK