adalet.az header logo
  • Bakı 20°C
30 Iyun 2018 09:09
12005
GÜNDƏM
A- A+

Azərbaycan Respublikası Daxili İşlər naziri general- polkovnik Ramil Usubov cənablarına


Hörmətli
cənab Nazir!
Sizi və sizin simanızda müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını Azərbaycan Polisi Günü, Polisimizin 100 yaşı münasibəti ilə ürəkdən təbrik edir, Sizə və kollektivinizin hər bir üzvünə can sağlığı, ailə səadəti, dövlətçiliyimiz naminə gördüyünüz bütün işlərdə böyük uğurlar arzu edirəm.
Cənab Nazir!
Biz yaxşı bilirik ki, Azərbaycan polisi müstəqilliyimizin ilk günlərindən dövlətimizə, xalqımıza və Ümummilli Liderimiz Heydər Əliyev cənablarının siyasi kursuna birmənalı sədaqət nümayiş etdirib. Hələ müstəqilliyimizin ilk günlərindən başlayaraq, özünün peşəkarlığı, dövlətə və xalqa sədaqəti, eləcə də ictimai asayişin qorunmasında yorulmadan mübarizə aparması, xalqla polisin vəhdətini nümayiş etdirməsi, hər bir Azərbaycan vətəndaşının sevgisini qazanması bir tarixi gerçəklikdir. Ölkəmizdə hər kəs birmənalı olaraq Azərbaycan polisinin dünya standartları səviyyəsində maddi-texniki bazaya malik olmasını, ölkə prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının bütün tələb və tapşırıqlarını birmənalı şəkildə yerinə yetirməsini alqışlayır. Çünki Azərbaycan gerçəkliyi hər kəsin gözü önündədir və biz görürük ki, Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən Azərbaycan polisi istənilən vaxt, istənilən yerdə xalqın çağırışına səs verməyə, onunla bir səngərdə dayanmağa hazırdır. Biz onu da yaxşı bilir ki, təkcə daxili sabitliyin qorunmasında deyil, səngərdə də, döyüş meydanlarında da Azərbaycan polisi öz rəşadəti ilə nümunə olub. Onun sıralarından çıxmış Milli Qəhrəmanların, Azərbaycanın ən yüksək orden və medallarına layiq görülmüş polis əməkdaşlarının adı hər kəsə bəllidir və hər birimizin qəlbində yaşayır.
Cənab Nazir!
Müstəqil Azərbaycanın şanlı polisi Sizin rəhbərliyiniz altında öz mövqeyini, xalqının yanında olduğunu ən ağır məqamlarda sübut edib. Sizin bütün bu peşəkarlığınız, fədakarlığınız bizlərdə həmişə böyük ümid və inam yaradıb. Elə peşə bayramınız günündə də Sizi həmin o böyük inam və sevgi ilə təbrik edir, bir daha bayramınız mübarək olsun, deyirik!
Hörmətlə:
Millət vəkili Aqil Abbas və
"Ədalət" qəzetinin kollektivi