adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyun 2018 09:06
44136
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Dəhnəli Əhmədalı kənddən Şəkiyə gələrkən pulunu vermədən avtobusdan düşür. Bu vaxt avtobusun sürücüsü dözməyərək dillənir:
- Ay kişi, ehsan deyil ey. Avtobusa minmisen pulun ver də.
Əhmədalı geri qayıdıb, sürücüyə beş manat pul verir. Sürücü pulun qalığını qaytararkən , Əhmədalı götürmür.
Buna mat qalan sürücü pulun qalığının götürməməsinin səbəbini soruşduqda Əhmədalı cavab verir:
- Ha indi kənddə bu günə kimi maa kişi deyən olmamışdı...