Mehman CAVADOĞLU: MÜHACİR BÖHRANI

MEHMAN CAVADOĞLU
122039 | 2018-06-30 08:30

2015-ci ilinaprel ayında Aralıq dənizi vasitəsiləAvropaya qeyri-leqal şəkildə axışan beş qayığın qəzaya uğraması nəticəsində ənazı 1200 nəfər adamın həlak olması Avropanın siyasi leksikonuna "mühacirböhranı" adlı yeni termin gətirdi. Ümumiyyətlə, 2000-ci ildən bu yanaölümün pəncəsindən xilas olmaq üçün canını götürüb Şərqdən Qərbə qaçaq yollaköç edənlərin sayı artıq milyonlarla, bu yolda həyatını qeyb edənlərin sayısaon minlərlə ölçülür. Bu cür kütləvi köç təkcə Avropanın demoqrafik mənzərəsinindəyişməsinə yox, həm də ordakı daxili siyasi ab-havaya ciddi təsir göstərir,yaxın tarixi keçmişdə Qərbin özüylə yanaşı az qala bütün dünyanı tarixin ənböyük fəlakətinə sürükləmiş millətçilikhisslərinin yenidən alovlanmasına səbəb olur. Özü də bu hissləri qızışdıranheç də qaçqın sayının çoxluğu və onların təminatından dolayısı keçirilənnarahatlıq hissləri deyil. Qərbin bugünkü inkişaf səviyyəsi üçün on milyonlarıniqtisadi təminatı o qədər də ağır yük deyil. Avropanı narahat edən gələnlərinöz mədəniyyətləri, adət-ənənələri və mentalitetləriylə birlıikdə gəlmələri, heçcürə yerli davranış qaydalarına uyğunlaşmaması, ən pisi isə uyğunlaşmaq istəməmələridir.

Yeri gəlmişkən,öz mental dəyərlərini bu qədər əziz tutan və heç cür ondan vaz keçməyibacarmayan bu insanlar görəsən, nəyə görə fərqli mədəniyyətlərin hökm sürdüyübu ölkələrə can atırlar? Axı, dünyanın siyasi xəritəsi həmin mədəni-mental dəyərlərinhökm sürdüyü məmləkətlərlə, özü də zənginlikdə heç də Avropadan geri qalmayanölkələrlə doludur. Niyə bu qaçqınlar həmin ölkələrə üz tutmurlar? Yox, sual,deyəsən, çox da dəqiq olmadı. Niyə onları orda qəbul eləmirlər? Uca kürsülərdənağız dolusu danışır, vay-şüvən qopardır, kimsə birinə, bir başqası digərinə"uf" demədən nə qədər silah lazımdır verir, amma ölkəsinə buraxmır.

Nə isə... Artıq"mühacir böhranı" Avropa İttifaqını çıxılmaz dalana dirəyib. Avropabu ittifaqı qurmaq, yəni eyni siyasi, mədəni, mental dəyərlər sistemi daxilindəvahid bir orqanizm kimi yaşamaq üçün ən azı bir əsrlik uzun yol keçmiş, çoxciddi maneələr aşmışdı. Ağır zəhmət bahasına əldə olunanlar əldən çıxır, birlikgünbəgün sürətlə genələn çat verir, onun subyektləri bir-birindən uzaqlaşır,ölkələrin siyasi ritorikası başqaçalarlar almağa başlayır.

"Breksit"in əsas səbəblərindən birimühacir məsələsiydi;

Avstriyada,İtaliyada millətçiləri hakimiyyətə gətirən mühacir məsələsiydi;

Millətçiliyinvurduğu yaraları hələ tam sağaltmamış Almaniyanı yeni millətçilik dalğasıylaüz-üzə qoyan, son seçkilərdə bu xəttin tərəfdarlarına ("Almaniya üçünAlternativ" partiyasına) böyük uğur qazandıran mühacir məsələsiydi.


Birliyin keçmişkommunist düşərgəsindən qopmuş yeni üzvlərini hələ də iqtisadi və hərbi himayəsindəolduqları köhnə üzvlərə qarşı çıxmağa vadar edən mühacir məsələsidir.

Dünən Avropa İttifaqıliderlərinin Brüsseldə açılan sammitində gərgin anlar yaşadan əsas amil də eləmühacir məsələsidir. Bütün bunlar isəAvropa Birliyinin perspektivinə şübhəylə yanaşanların mövqeyini gücləndirir."Breksit"dən sonra xeyli güclənmiş bu mövqelər birliyin aparıcı ölkələrisayılan Almaniyada Merkelin, Fransada Makronun qələbəsindən sonra xeylisarsılsa da, yenidən dirçəlməyə başlayır. Keçən ay İtaliyada formalaşmış yenihökumət artıq mühacirləri qəbul etməkdən imtina edib. İtaliya kimi mühaciraxınını ilk olaraq qəbul edən Yunanıstan da, siyasi kuluarlarda "balacaavropalılar" adlandırılan Polşa, Çexiya, Slovakiya və Macarıstandan daonlarla eyni mövqedədirlər. Həm də açıq etiraf etmək lazımdır ki, bu ölkəni yönəldənlərinantimiqrant əhvali-ruhiyyələri daha çox daxili ictima rəydən qaynaqlanır. Qərbin,demək olar ki, heç bir ölkəsinin əhalisi bu qədər mühacir axınından yumşaq desək,məmnun deyil. Təsadüfi deyil ki, son illər Avropada keçirilən bütün seçkilərdəmühacir axını probleminə münasibət ictimai rəyin əsas indikatoru rolunu oynayıbvə seçici rəğbəti daha çox bu axına qarşı çıxan siyasətçilərin tərəfində olub.Məsələn, Macarıstanın baş naziri Viktor Orban qaçqınlara qarşı sərt mövqeyini çox ütülü cümlələrlə ifadəedir: "Əsas problem miqrasiya deyil, demokratiyanın yoxluğudur. Ona görə dəAvropa xalq partiyası növbəti 6 ay ərzində, nəhayət, adamların tələb etdiklərini, Köhnə Dünyada demokratiyanı bərpa eləməyibacarıb-bacarmayacağını sübut etməlidir". Baş nazir demək istəyir ki,miqrantlara qarşı sərt siyasət Avropa siyasətçilərinin yox, Avropalıların tələbdir.Xalqın mövqeyini müəyyənləşdirən əsas amil isə yazının əvvəlində söylədiyimmental-mədəni fərqlərdən qaynaqlanan diskomfort, mühacir axınıyla bağlı əndazəsindənçıxmış kriminal durum, üstəlik, qaçqın adıyla ölkəyə gələn yeni terroçular vəöz vaxtilə İSİD sıralarına qoşularaq "döyüşüb bərkidikdən" sonrayenidən geriyə qayıdan ölkə vətəndaşlarıdır.

Türkiyənin madditəzminat qarşılığında böyük qaçqın kütləsini qarşılaması son vaxtlar mühacirlərinsayının xeyli azalmasına təsir etsə də problem dərinləşməkdə davam edir. Bu məsələgetdikcə Avropa İttifaqıyla yanaşı üzvölkələrin daxili birliyini təhlükə altına alır. Məsələn, Almaniyanın bütünfederal ərazilərindən daha çox mühacir qəbul eləmiş Bavariyanın hakim Xristiansosialist ittifaqının lideri, Almaniyanın daxili işlər naziri Horst Zeyerhofer artıq həm başnazir, həm də ittifaqda olduğu partiyanın lideri Angelə Merkellə ultimatumladanışmağa başlayıb. Cənab Zeyerhoferdeyib ki, əgər baş nazir ayın sonuna kimi miqrasiya probleminin həlliniAvropalı həmkarlarıyla birlikdə cözə bilməsə, o, daxili işlər naziri kimi öz səlahiyyətlərindənistifadə edərək Almaniyanın sərhədlərini bağlayacaq və qeyri-leqal mühacirlərinhamısını ölkədən çıxardacaq. Hərçənd, Avropa İttifaqında yaranmış indiki ab-hava və münasibətlər hər hansı həllvariantının tapılmasını mümkünsüz edir. Daxili işlər naziri hətta dediyini eləməsədə, bu ritorikadan artıq seperatizm qoxusu gəlir və ölkənin daxilində yetişmişçox ciddi siyasi böhrandan xəbər verir.

Zərbə yenə də Merkelə, Avropa İttifaqının bu ənböyük təəssübkeşinə, mühacir probleminin həm öz ölkəsinin, həm bütün Avropanın,həm də mühacirlərin mənafeyinə uyğun şəkildə və ədalətlə həll edilməsi üçünyorulmadan çalışan bu fədakar xanıma tuşlandı. İndi o, Avropa Birliyindəki əleyhdarlarıylayanaşı ölkə daxilindəki opponentlərini də neytrallaşdırmağı bacarmalı, üstəlik,milyonlarla evsiz-eşiksiz, ac-yalavac insanın ümid yeri kimi öz böyük humanitarmissiyasını davam etdirməlidir.

Bəs, bu evsizeşiksizləri, ac-yalavacları öz vətənlərindən didərgin salanlar necə, əvvəl-axırgözlərini açıb dünyaya baxacaqlarmı, öz məzlum, zavallı vətəndaşlarının düşdüklərivəziyyətə görə vicdan əzabı çəkəcəklərmi, öz ambisiyaları naminə ölkənin yarısınıqırmaq fikrindən daşınacaqlarmı? Çətin. Ancaq fərz edək ki, düşündülər vədaşındılar. Qovğa bitəcəkmi? Yox, heç nə bitməyəcək, yeni qovğa başlayacaq vəbu dəfə yeni mənsəb sahibləri məmləkətin digər yarısını qırmağa başlayacaqlar.


TƏQVİM / ARXİV