ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Bakcell” media nümayəndələri üçün yarış təşkil edib

4618    |   2018-06-29 16:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti jurnalistlər arasında atıcılıq üzrə yarış keçirib.

Adalet.az-ın xəbərinə görə, Bakı Atıcılıq Mərkəzində Silahlı Qüvvələr günü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təşkil olunmuş bu yarışda ölkənin müxtəlif media resurslarını təmsil edən 50-dən artıq jurnalist iştirak edib.

Yarışdan öncə media nümayəndələri üçün atıcılıq üzrə təlim keçirilib. Təlimdən sonra isə jurnalistlər öz istəklərinə uyğun olaraq qruplara ayrılaraq Stend atıcılığı və Güllə atıcılığı üzrə yarışlara qatılıblar.

Əyləncə və dostluq atmosferində keçirilmiş yarışın qaliblərinə "Bakcell”dən maraqlı hədiyyələr təqdim edilib.

"Bakcell" şirkəti mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media resurslarının nümayəndələri üçün mobil telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları və digər vacib mövzularda təlimlər keçirməklə bu sahənin inkişafına yönəlmiş layihələrə dəstək göstərir.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK