adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyun 2018 15:51
14793
SİYASƏT
A- A+

Çavuşoğlu: Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil

Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu, ilk növbədə İrana qarşı sanksiyalara aiddir.

Nazirin sözlərinə görə, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır:

"ABŞ-ın İrana sanksiya tətbiq etmə qərarı bütün regiona, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək”.

O həmçinin əlavə edib ki, İran Türkiyənin iqtisadi və strateji tərəfdaşıdır.